...

Türkiyədə istefada olan üç hərbçi, o cümlədən, iki general həbs edilib

Dünya xəbərləri Materials 7 Aprel 2010 10:57 (UTC +04:00)
Türkiyədə çərşənbə axşamı dövlət çevrilişinin hazırlanması işi üzrə daha üç nəfər istefada olan hərbçi, o cümlədən, iki general həbs edilib. Bu barədə "Cihan" agentliyi məlumat yayıb.
Türkiyədə istefada olan üç hərbçi, o cümlədən, iki general həbs edilib

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir R.Dərəxşan/

Türkiyədə çərşənbə axşamı dövlət çevrilişinin hazırlanması işi üzrə daha üç nəfər istefada olan hərbçi, o cümlədən, iki general həbs edilib. Bu barədə "Cihan" agentliyi məlumat yayıb.

İstefada olan ordu generalı Şükrü Sarışık, istefada olan diviziya generalı Nuri Əli Karababa və istefada olan polkovnik Mümtaz Can üçsaatlıq dinləmələrdən sonra məhkəmənin qərarı ilə həbs olunublar.

Türkiyə KİV çərşənbə axşamı bildirib ki, polis 90-a yaxın hərbçini həbs etmək niyyətində olub; lakin ən azı istefada olan 20 zabit həbs edilib. İstanbulun baş prokurorunun müdaxiləsi nəticəsində sonrakı həbslər dayandırılıb, - "Reuters" bildirir.

İstanbul Prokurorluğu tərəfindən çevrilişin hazırlanmasına dair iş üzrə məhkəmə bu ilin yanvarında "Taraf" qəzetində qalmaqallı materialların dərcindən sonra başlayıb. Məlumatlarda bildirilib ki, Türkiyədə nüfuzlu olan və 1960-cı ildən bu yana üç dəfə çevriliş törədən ordu "Balyoz planı"nı hazırlayıb. Plan İstanbulun iki məscidində partlayışların təşkilni və fövqəladə vəziyyətin tətbiqini nəzərdə tutur - bu barədə "RİA-Novosti" yazır.

Xəbər lenti

Xəbər lenti