Fransa Prezidenti Nikola Sarkozi noyabrda Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verib.
Bu, Fransa Prezidentinin Parisdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə bağlı qapılar arxasında keçirilən görüşündən sonra məlum olub. Görüş 1 saat 45 dəqiqə davam edib, sonra Türkiyə rəhbəri Yelisey sarayını tərk edib. Anadolu agentliyi diplomatik mənbələrə istinadən bildirib ki, danışıqların əsas mövzularından biri Türkiyənin Aİ-yə daxil olması məsələsi olub.