İranda yeni pilotsuz təyyarənin təqdimatı olacaq

Dünya xəbərləri Materials 12 Aprel 2010 14:10 (UTC +04:00)

İranda - Milli Silahlı Qüvvələr Günündə İran HHQ-nin bombardmançı təyyarələrinin iştirakı ilə parad olacaq. Parad zamanı yeni pilotsuz vertolyot təqdim ediləcək. Bunu İİR Quru Qoşunları komandiri, general Əhmədrza Purdəstan mətbuat konfransında deyib. - Məlumatı "Fars" İnformasiya Agentliyi yayıb.

O deyib ki, paradda, həmçinin, İranın Quru Qoşunlarının yeni nailiyyətləri nümayiş etdiriləcək. Onların arasında yeni HHM radarları, yeni altılüləli pulemyot, hərbi qulluqçuların yeni forması var.

Purdastan qeyd edib ki, İranda pilotsuz təyyarələrin tammiqyaslı istehsalına başlanılıb. "Yeni ildə ölkənin cənubunda Quru Qoşunlarının yeddi batalyonunun iştirakı ilə təlimlər keçiriləcək", - o əlavə edib.

Purdəstanın sözlərinə görə, ilk dəfə olaraq İran təyyarələri yüksəkvəzifəli şəxslərin təhlükəsizliyinin təmini üçün VİP-paraşütlərlə təmin olunacaq. O qeyd edib ki, bu ehtiyat tədbirləri Polşa Prezidenti Lex Kaçinskinin ölümü ilə əlaqədar qəbul olunacaq.

Aprelin 18-i İranda Milli Silahlı Qüvvələr Günü qeyd olunur.

Xəbər lenti

Xəbər lenti