Türkiyə Böyük Millət Məclisində müxalifət və hakim partiyadan olan deputatlar arasında dava yaranıb. Bu barədə "Haberturk" saytı bildirir.
Buna milli cinahdan olan deputatların bəyanatları səbəb olub. Onlar bildiriblər ki, 2003-cü ildə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən sonra Türkiyədə terror aktlarının sayı artıb.