...

Hegemon güclər üçün ən yaxşı seçim İran xalqı ilə dostluq və sülhü seçməkdir - İran Prezidenti

Dünya xəbərləri Materials 30 Aprel 2010 12:11 (UTC +04:00)
Hegemon güclər üçün ən yaxşı seçim İran xalqı ilə dostluq və sülhü seçməkdir, tarixboyu heç kimsə İran xalqı ilə dostluqdan ziyan görməyib. Bunu İran Prezidenti Mahmud Əhmədinejad bu gün ölkənin Kiş adasında çıxışı zamanı bildirib.
Hegemon güclər üçün ən yaxşı  seçim  İran  xalqı  ilə  dostluq və sülhü seçməkdir - İran Prezidenti

Hegemon güclər üçün ən yaxşı seçim İran xalqı ilə dostluq və sülhü seçməkdir, tarixboyu heç kimsə İran xalqı ilə dostluqdan ziyan görməyib. Bunu İran Prezidenti Mahmud Əhmədinejad bu gün ölkənin Kiş adasında çıxışı zamanı bildirib. Bu barədə Trend İran Prezidentinin rəsmi saytı president.ir saytına istinadən məlumat verir.

Əhmədinejad əlavə edib ki, iranlılar bu gün dünyanın bütün ölkələrində, o cümlədən, Amerikada ictimaiyyətin ən faydalı şəxsləridirlər. "İran xalqı məntiq, dialoq, sülh və dostluq tərəfdarıdır. Bəziləri hərbi texnika, hərbi gəmi və raketlərini bizim sərhədə yaxın yerlərdə yerləşdirir. Bu, düşmənçilik deyilmi?"- deyə Əhmədinejad deyib.

Əhmədinejad əlavə edib ki, düşmənlər İran xalqındakı potensialdan qorxur və bu gün dünyada heç bir güc İran xalqına ziyan vermək iqtidarında deyil.

O əlavə edib ki, dünyanın hər bir yerindən İrana qarşı hücum cavabsız qalmayacaq.

Xəbər lenti

Xəbər lenti