...

Rusiya ABŞ administrasiyasını Yaxın Şərqdə sülh prosesində daha fəal olmağa razı sala bilərdi - Suriya Prezidenti

Dünya xəbərləri Materials 11 May 2010 17:36 (UTC +04:00)
Rusiyanın Yaxın Şərqdə sülh prosesinin yaradılmasına dair səyləri Vaşinqtonu Yaxın Şərqdə sülh prosesində daha fəal iştirak etməyə razı sala bilərdi. Bu barədə Suriya Prezidenti Bəşşar əl-Əsəd rusiyalı həmkarı Dmitri Medvedevlə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
Rusiya ABŞ administrasiyasını Yaxın Şərqdə sülh prosesində daha fəal olmağa razı sala bilərdi - Suriya Prezidenti

Rusiyanın Yaxın Şərqdə sülh prosesinin yaradılmasına dair səyləri Vaşinqtonu Yaxın Şərqdə sülh prosesində daha fəal iştirak etməyə razı sala bilərdi. Bu barədə Suriya Prezidenti Bəşşar əl-Əsəd rusiyalı həmkarı Dmitri Medvedevlə keçirdiyi birgə mətbuat konfransında bəyan edib. Məlumatı "Rusiya-24" telekanalı yayıb.

Əl-Əsəd Rusiyanın sülh prosesində tərəfdaş olmayan İsrailin mövqeyinin dəyişdirilməsi istiqamətində səylərini göstərib.

Suriyaya ilk dəfə rəsmi səfər edən Rusiya Prezidenti, eyni zamanda, sülh prosesində ABŞ tərəfinin daha fəal mövqe tuta biləcəyi barədə Suriya Prezidenti ilə razılığa gəlib.

Onun sözlərinə görə, Yaxın Şərqdə sülhün bərqərar olunması üçün hüquqi əsasların - BMT Təhlükəsizlik Şurasının qətnamələri, Madrid prinsipləri və ərəb sülh təşəbbüslərinin mövcudluğuna baxmayaraq, tərəflərin bu barədə razılığa gəlmək istəklərinin olmaması inkişafa maneə olaraq qalır.

"Bu barədə tədbirlər görmək vaxtıdır, çünki son zamanlar regionda neqativ hadisələr baş verir və sülh prosesi tənəzzül edir", - Medvedyev bildirib. - "Rusiya münaqişənin bütün tərəfləri ilə əlaqələrin davam etdirilməsini vacib hesab edir".

Medvedevin sözlərinə görə, Yaxın Şərqdə davam edən gərginliklər partlayış və qəzalara səbəb olur, elə buna görə də sülh prosesi 1967-ci ildə işğal olunmuş ərəb torpaqlarının geri qaytarılması və müstəqil Fələstin dövlətinin yaradılması kimi çoxəhatəli sülh nizamlanması ilə nəticələnməlidir.

Suriya Prezidenti bir daha təkrar edib ki, onun ölkəsi işğal olunmuş Cövlan yüksəkliklərinin bir hissəsinin qaytarılmasına razı olmayacaq. İsrail də öz növbəsində bəyan edir ki, bu əraziləri geri qaytarmamaq şərtilə Suriya ilə sülh danışıqlarına hazırdır.

Xəbər lenti

Xəbər lenti