...

İranın sabiq vitse-prezidenti Əbtəhiyə hücum olub

Dünya xəbərləri Materials 20 May 2010 16:28 (UTC +04:00)
Bu gün günorta saatlarında İran paytaxtı Tehran yaxınlığında yerləşən Rey şəhərində eks-prezident Məhəmməd Xatəminin müavini Məhəmmədəli Əbtəhinin avtomobilinə naməlum şəxslər hücum ediblər.
İranın sabiq vitse-prezidenti Əbtəhiyə hücum olub

Bu gün günorta saatlarında İran paytaxtı Tehran yaxınlığında yerləşən Rey şəhərində eks-prezident Məhəmməd Xatəminin müavini Məhəmmədəli Əbtəhinin avtomobilinə naməlum şəxslər hücum ediblər. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verib.

Əbtəhi İranın dini alimlərindən olan ayətullah Mirzə Cavadağa Tehraninin xatirəsinə həsr olunmuş tədbirdə iştirak etməyə gedərkən bir neçə naməlum şəxsin hücumuna məruz qalıb. Hücum nəticəsində Əbtəhinin avtomobilinin şüşələri sındırılıb. Polisin müdaxiləsi ilə hücum edən şəxslər hadisə yerindən qaçıblar.

Hazırda polis hadisəni törətmiş şəxslərin axtarışındadır.

Xəbər lenti

Xəbər lenti