...

Qırğızıstandakı hadisələrlə bağlı 100 minədək adam qaçqına çevrilə bilər – BMT-nin xüsusi nümayəndəsi

Dünya xəbərləri Materials 15 İyun 2010 13:17 (UTC +04:00)
Son günlər etnik qruplar arasında baş vermiş toqquşmalar nəticəsində 170-ə yaxın insanın həlak olduğu Qırğızıstanın cənubundakı qarşıdurmalar qaçqınların sayının 100 minədək artmasına gətirib çıxara bilər. Bu barədə BMT baş katibinin xüsusi nümayəndəsi Miroslav Ençe çərşənbə axşamı məlumat verib. Məlumatı RİA Novosti yayıb.
Qırğızıstandakı hadisələrlə bağlı 100 minədək adam qaçqına çevrilə bilər – BMT-nin xüsusi nümayəndəsi

Son günlər etnik qruplar arasında baş vermiş toqquşmalar nəticəsində 170-ə yaxın insanın həlak olduğu Qırğızıstanın cənubundakı qarşıdurmalar qaçqınların sayının 100 minədək artmasına gətirib çıxara bilər. Bu barədə BMT baş katibinin xüsusi nümayəndəsi Miroslav Ençe çərşənbə axşamı məlumat verib. Məlumatı RİA Novosti yayıb.

"Qırğızıstanın cənubundakı hadisələrlə bağlı qaçqınların sayı 100 min nəfərədək arta bilər", -  "24.kg" informasiya agentliyi Ençedən sitat gətirir. Onun sözlərinə görə, Özbəkistan hakimiyyəti qaçqınların sayının artdığını xəbər verir. Çərşənbə axşamı Özbəkistan FHN məlumat verib ki, bu gün səhərki vəziyyətə görə, bu rəqəm 83 min nəfər təşkil edib.

"Müvəqqəti hökumətin bütün tərəflərlə danışıqlara getməsi və əlverişli həll variantı tapması vacibdir. Xalq diplomatiyasının işləməsinə müsbət baxırıq və artıq ilkin nəticələr var. Lakin Qırğızıstan ərazisində etnik qrupların sabit yaşaması üçün bazanın yaradılması çox vacibdir", - Ençe qeyd edib.

Qırğıstanın əhalisinin sayına görə ikinci vilayət mərkəzi olan Oş şəhərində iyunun 10-da axşam etnik qruplararası toqquşmalar başlayıb. Qarşıdurmaların iştirakçıları olan qırğızlar və özbəklər maşınları yandırıblar, mağazaları, bazarları, eləcə də yaşayış evlərini qarət ediblər, küçələrdə qarətçilər azğınlıq edirlər. Toqquşmalarda 170 nəfər həlak olub, 1,7 mindən çox adam yaralanıb. Zərərçəkənlərin sayı daha çox ola bilər, çünki həkimlər ehtiyatlandıqlarından çağırışlara getməyiblər. Minlərlə adam sığınacaq axtarmaq üçün qonşu Özbəkistana üz tutub.

Respublikanın müvəqqəti hökuməti Oşda və bəzi yerlərdə özbək diasporunun kompakt yaşadığı Oş vilayətinə yaxın rayonlarda, eləcə də Cəlalabad şəhərində və Cəlalabad vilayətinin Suzak rayonunda fövqəladə vəziyyət elan edib. Şənbə günü axşam müvəqqəti hökumət güc strukturlarına qanun pozucularına atəş açmağa icazə verib və iyunun 13-də hərbi mükəlləfiyyəti olanların qismən səfərbərliyini elan edib.

Xəbər lenti

Xəbər lenti