...

Avropa İttifaqı Türkiyənin regionda artan rolundan razıdır – Ketrin Eşton

Dünya xəbərləri Materials 12 İyul 2010 17:58 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton Türkiyənin son vaxtlar regional proseslərdə artan rolundan Aİ-nin razı qaldığını bildirib.
Avropa İttifaqı Türkiyənin regionda artan rolundan razıdır – Ketrin Eşton

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir Ü.Sadıxova/

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton Türkiyənin son vaxtlar regional proseslərdə artan rolundan Aİ-nin razı qaldığını bildirib. Bu barədə Avropa İttifaqının press-relizində deyilir.

"Son vaxtlar Türkiyənin xarici siyasəti daha müsbət olub. Biz Türkiyənin regionda mühüm rolunun güclənməsini bəyənirik və bu konteksdə aramızda əməkdaşlığın genişləndirilməsinə səy göstəririk", - Eşton qeyd edib.

Aİ-nin ali komissarı və Avropa qonşuluq siyasətinin genişləndirilməsi üzrə komissar Ştefan Füle çərşənbə axşamı İstanbulda türk dövlət adamları ilə regionda Aİ və Ankara arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparacaq. Trükiyəni bu danışıqlarda xarici işlər naziri Əhməd Davudoğlu və Türkiyənin Aİ-yə qəbulu üzrə baş vasitəçi Egemen Bakış təmsil edəcək.

"Siyasi dialoq Türkiyənin Aİ-yə üzv olması perspektivinin vaxtında təminini və Aİ-nin genişləndirmə prosesinin davamını təsdiq edir. Ümumi prosesin mühərriki Türkiyədə aparılan islahatlardır ki, buna da komissiya dəstək göstərməkdə davam edəcək", - Füle bildirib.

Aİ və Türkiyə arasındakı siyasi dialoq ildə iki dəfə nazirlər səviyyəsində keçirilən Türkiyə və Avropa İttifaqı arasında aparılan daimi ikitərəfli danışıqların bir hissəsidr.

1999-cu ildən Türkiyə Avropa İttifaqına qəbul üzrə namizəd-ölkə statusuna malikdir, 2005-ci ildən isə qəbulla bağlı rəsmi danışıqlar aparılır.

Türkiyə Avropanın aparıcı strukturlarına daxildir. Türkiyə 1949-cu ildən Avropa Şurasının (Avropa dəyərlərinin qorunması üzrə birinci ümumavropa təşkilatı), 1952-ci ildən isə NATO-nun - təhlükəsizlik üzrə baş Avropa təşkilatının üzvüdür.

Hesab edilir ki, Türkiyənin Aİ-yə daxil olması qarşılıqlı iqtisadi fayda verəcək. Ankara Aİ-nin daxili bazarını xeyli genişləndirəcək və yerli əhalinin tez qocalmasından əziyyət çəkən Avropa şirkətlərinə işçi qüvvəsi verəcək. Əlavə amil kimi, türklərin Avropanın təhsili və dünyəvi ənənələri ilə bağlı ixtisas problemləri yoxdur.

Xəbər lenti

Xəbər lenti