...

İranla əməkdaşlıq etmək istəməyən dövlət qara siyahıya düşəcək – neft naziri

Dünya xəbərləri Materials 15 İyul 2010 15:54 (UTC +04:00)
İranla əməkdaşlıq etmək istəməyən dövlət qara siyahıya düşəcək. Bu barədə İslam Respublikasının neft naziri Seyid Məsud Mirkazımi ərəb dilində yayımlanan RT telekanalına ("Rusiyə əl-Yaum") ekzklüziv müsahibəsində bildirib.
İranla əməkdaşlıq etmək istəməyən dövlət qara siyahıya düşəcək – neft naziri

İranla əməkdaşlıq etmək istəməyən dövlət qara siyahıya düşəcək. Bu barədə İslam Respublikasının neft naziri Seyid Məsud Mirkazımi ərəb dilində yayımlanan RT telekanalına ("Rusiyə əl-Yaum") ekzklüziv müsahibəsində bildirib.

"O dövlətlər ki, bizimlə əməkdaşlıq etmək istəmirlər, qara siyahıya düşəcəklər və biz gələcəkdə onlarla heç bir ticari-iqtisadi əlaqə qurmayacağıq", - Mirkazımi RT-nin LUKoyl şirkətinin İrana benzin satışından imtina etməsinin əsl səbəbinin nədən ibarət olması barədə sualını cavablandırarkən deyib.

"Qoy hamı bilsin ki, kim bizimlə əlaqələri pozur, qarşıdakı illərdə ciddi mənfəəti əldən verə bilər, - nazir əlavə edib. - Yekun olaraq deyə bilərəm ki, sanksiyalar İrana qarşı deyil, bizimlə əməkdaşlıqda əldə edə biləcəkləri mənfəətdən məhrum olmuş şirkətlərə qarşı yönəlib".

"Biz artıq bəyan etmişik ki, bütün dövlətlər bizimlə öz enerji resurslarının mübadiləsində və ya əməkdaşlıqda tam azaddırlar", - Mirkazımi deyib.

Neft naziri əlavə edib ki, İran dünyada və regionda enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.

Xəbər lenti

Xəbər lenti