Bakı. Trend:
"Falcon 9" daşıyıcı raketi bazar günü "Starlink" qlobal internet əhatə şəbəkəsinin orbital qruplaşmasını artırmaq üçün 26 mini peykdən ibarət partiyanı uğurla orbitə çıxarıb.
Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkəti xəbər verib.
Məlumata əsasən, raket ABŞ Sakit okeanı vaxtı ilə saat 07:20-də Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasında "SLC-4E" buraxılış meydançasından buraxılıb.
Təxminən bir saat sonra peyklər buraxılış aparatının ikinci pilləsindən ayrılaraq orbitə daxil olublar.