...

ABŞ-də sərnişin təyyarəsi qəzaya uğradı

Dünya xəbərləri Materials 9 İyun 2025 01:22 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin Tennessi ştatında göyərtəsində 16-20 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə ştatın Yol Polisi İdarəsinin Mətbuat Xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, bir neçə nəfərin hava yolu ilə təxliyə olunaraq tibb müəssisələrinə aparıldığı dəqiqləşdirilir.

Qəzaya uğrayan təyyarə paraşütlə tullanmalar üçün istifadə edilib. Qəzanın səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti