...

U-21 millimiz Monteneqro ilə heç-heçə edib

İdman Materials 8 İyun 2025 22:14 (UTC +04:00)
U-21 millimiz Monteneqro ilə heç-heçə edib

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirib.

Trend xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Monteneqro millisi ilə üz-üzə gəlib. Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, U-21 iyunun 4-də səfərdə Belarusdan olan həmyaşıdlarına 1:3 hesabı ilə məğlub olub.

Xəbər lenti

Xəbər lenti