...

Tramp və Maskın nümayəndələri iyunun 6-da telefonla danışıblar - KİV

Dünya xəbərləri Materials 8 İyun 2025 20:22 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp və İlon Maskın nümayəndələri bu gün telefon danışığı aparıblar, bundan sonra Ağ Ev rəhbəri və iş adamı sosial şəbəkələrdə sərt bəyanatlar mübadiləsini dayandırıblar.

Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti xəbər verib.

Bildirilib ki, bu gün baş tutan tərəflərin nümayəndələri arasında baş tutan telefon danışığından sonra prezident Donald Tramp ilə İlon Mask arasında sosial şəbəkələrdəki qarşıdurmada yaranmış gərginlik azalıb.

"O, paylaşımlar etməyi dayandırdı, lakin bu, onun razı olduğunu demir", - deyə Amerika rəsmilərindən biri bildirib.

“Onların [Tramp və Maskın] münasibətlərinin necə olacağı tam bəlli deyil”, - deyə rəsmi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti