Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənəblərdən bildirilib.
Hakan Fidan və Mark Rütte Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq səylərini müzakirə ediblər.
Söhbət zamanı 24-25 iyun tarixlərində Haaqada keçiriləcək NATO sammitinə hazırlıq məsələləri də müzakirə olunub.