Bakı. Trend:
Kolumbiyanın mərkəzində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi xəbər verib.
Məlumata əsasən, Bakı vaxtı ilə saat 17:08-də qeydə alınan zəlzələnin episentri Vilyavitensio şəhərindən 73 km şimal-şərqdə yerləşib.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,3 olaraq qiymətləndirib. Bildirilib ki, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.