...

Britaniyada sərt onlayn təhlükəsizlik tədbirləri tətbiq ediləcək

Dünya xəbərləri Materials 9 İyun 2025 06:43 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniya hökuməti uşaqların sosial media platformalarında keçirdiyi vaxtı məhdudlaşdırmaq üçün sərt onlayn təhlükəsizlik tədbirləri tətbiq etməyi nəzərdən keçirir.

Trend xəbər verir ki, təşəbbüs çərçivəsində sosial şəbəkə tətbiqlərində istifadə müddətinə gündəlik iki saatlıq limit və axşam saat 22:00-dan sonra qadağa qoyulması təklif olunur.

Texnologiya naziri Piter Kayl bəzi tətbiqlərin və ağıllı telefonların asılılıq yaradan təbiətini araşdırdıqlarını bildirib. O, uşaqların onlayn təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti