Bakı. Trend:
Gürcüstanın futbol üzrə milli komandasının üzvləri Xviça Kvaratsxeliya və Zuriko Davitaşvili Fransada qarət olunub.
Trend xəbər verir ki, bu barədə “Geo Team” "X" səhifəsində məlumat yayıb.
Mənbənin verdiyi məlumata, futbolçuların qiymətli əşyaları, çantaları və saatları oğurlanıb. İnsident futbolçular Kannda ailələləri ilə istirahət edən zaman yaşanıb.
Qeyd edək ki, Xviça Kavaratsxeliya Fransanın PSJ klubunun şərəfini qoruyur və 2024/2025 mövsümündə komandanın heyətində Çempionlar Liqasının, Fransa kubokunun və birinciliyinin (1-ci liqa) qalibi olub.
Davitaşvili isə Fransanın “Sent-Etyen” klubunda top qovur. Buna qədər o, Rusiyanın “Rubin”, “Rotor”, “Arsenal” kimi klublarında oynayıb.