...

İran beynəlxalq təşkilatlara baş vermiş partlayışda məsuliyyətli olan ölkələr barədə şikayət edəcək - Prezidentin köməkçisi

Dünya xəbərləri Materials 20 İyul 2010 14:01 (UTC +04:00)
İran beynəlxalq təşkilatlara Zahidanda baş vermiş partlayış və Şəhram Əmirinin oğurlanmasında məsuliyyət daşıyan ölkələr barədə şikayət edəcək, - İran Prezidentinin hüquqi məsələlər üzrə köməkçisi Fatimə Bədahi deyib. Məlumatı javanonline.ir. internet qəzeti yayıb.
İran beynəlxalq təşkilatlara baş vermiş partlayışda məsuliyyətli olan ölkələr barədə şikayət edəcək - Prezidentin köməkçisi

İran beynəlxalq təşkilatlara Zahidanda baş vermiş partlayış və Şəhram Əmirinin oğurlanmasında məsuliyyət daşıyan ölkələr barədə şikayət edəcək, - İran Prezidentinin hüquqi məsələlər üzrə köməkçisi Fatimə Bədahi deyib. Məlumatı javanonline.ir. internet qəzeti yayıb.

"Bir çox xarici dövlətlər Zahidanda baş vermiş son faciəvi hadisələrdə məsuliyyətlidirlər, belə ki, onlar müəyyən güc strukturlarını dəstəkləyirlər", - Bədahi deyib. - "Lakin İran bu ölkələri beynəlxalq məhkəməyə vermək qərarından çəkinməyəcək".

İran Prezidenti Mahmud Əhmədinejad ABŞ-ı bir neçə gün əvvəl İranın Zahidan şəhərində baş vermiş partlayışda ittiham edib.

İyulun 16-na keçən gecə Zahidan şəhərində "Cami" məscidinin qarşısında iki terrorçu partlayış qurğusunu işə salıb. Terror aktı nəticəsində həlak olanların sayı iyirmi yeddiyə, yaralananların sayı isə iki yüz yetmişə çatıb, onlardan on biri ağır vəziyyətdədir.

İranın nüvə fiziki Əmiri 2009-cu ilin iyununda Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gəldikdən üç gün sonra itib. İran ABŞ-ın kəşfiyyat xidmətini Əmirinin oğurlanmasında günahlandıraraq, Amerika hökumətindən, iranlıların fikrincə, ər-Riyaddan Vaşinqtona aparılan alimin öz ölkəsinə qaytarılmasını tələb edib.

Xəbər lenti

Xəbər lenti