...

ATƏT-in Qırğızıstandakı polis qüvvələri onlara tapşırılan missiyanın öhdəsindən gəlməyə bilərlər – ekspert Arkadi Dubnov

Dünya xəbərləri Materials 22 İyul 2010 09:29 (UTC +04:00)
ATƏT-in polis qüvvələrinin Qırğızıstanın cənubuna göndərilməsi çətin ki ölkədə vəziyyətin sabitləşməsinə ciddi kömək edə bilsin. Mərkəzi Asiya üzrə rusiyalı ekspert Arkadi Dubnov belə hesab edir.
ATƏT-in Qırğızıstandakı polis qüvvələri onlara tapşırılan missiyanın öhdəsindən gəlməyə bilərlər – ekspert Arkadi Dubnov

Аzərbaycan, Bakı, 21 iyul /Trend, müxbir V.Javoronkova/

ATƏT-in polis qüvvələrinin Qırğızıstanın cənubuna göndərilməsi çətin ki ölkədə vəziyyətin sabitləşməsinə ciddi kömək edə bilsin. Mərkəzi Asiya üzrə rusiyalı ekspert Arkadi Dubnov belə hesab edir.

"Mən ATƏT-in 50 nəfərdən ibarət kiçik konsultativ polis qrupunun göndərilməsinin Qırğızıstanda sabitliyə ciddi kömək edəcəyini təsdiqləməyə ürək etməzdim", - "Vremya novostey" qəzetinin icmalçısı Dubnov elektron poçtla Trend-ə bildirib.

Qırğızıstanda keçid dövrünün prezidenti Roza Otunbayeva bəyan edib ki, ölkə ATƏT-in polis qüvvələrini indiyədək qeyri-sabitliyin hökm sürdüyü ölkənin cənubuna gəlişini gözləyir. Polislərin Mərkəzi Asiyaya göndərilməsi barədə qərar ATƏT Daimi Şurasının cümə axşamı Vyanada keçiriləcək iclasında qəbul edilməlidir.

ATƏT və Qırğızıstan hakimiyyəti ümid edir ki, polislərin ölkənin cənubunda yerləşdirilməsi regionda vəziyyətin sabitləşəcəyinə kömək edəcək.

Lakin Dubnovun fikrincə, belə tədbirlər Qırğızıstanda asayişin pozulmaması üçün kifayət deyil.

Onun sözlərinə görə, ölkə buna ümid etmək üçün son dərəcə ağır vəziyyətdədir. "Vəziyyət son dərəcə bərbaddır, qısası, ölkə xəstədir və çox uzun, intensiv müalicə tələb edir. Silahsız ATƏT polisləri zorakılığa əl atmadan və insan ləyaqətinə hörmət etməklə bunu necə etməyi göstərə biləcəklərmi?", - ekspert deyib.

Lakin, onun fikrincə, problem ondan ibarətdir ki, Qırğızıstan elitasının əksər hissəsi öz yanında "sivil davranış nümunələrini görmək istəmir, görünür, özünün bacarıqsızlığının aşkara çıxarağından qorxaraq, bu zaman bunu daxili işlərə müdaxilənin yolverilməzliyi kimi istinadlar pərdəsi arxasında gizlədir".

Bundan başqa, Dubnovun sözlərinə görə, istisna etmək olmaz ki, misal üçün Rusiyada "bəziləri" Qırğızıstanda beynəlxalq polislərin peyda olmasına yol vermək istəmir.

"Səbəb aydındır. Bu, Moskvanın nöqteyi-nəzərincə, Rusiyanın regiondakı rolunu şübhə altına alır və ona görə də, o, buna qısqanclıqla yanaşır", - ekspert deyib.

Onun sözlərinə görə, belə bir fikrin yaranmasına səbəb hələ indiyədək Rusiya rəhbərliyi nümayəndələrindən heç kimin bu ideyaya öz münasibətini ifadə etməməsidir.

"Bu aydındır, ATƏT-ə sədrlik edən Qazaxıstan Qırğızıstana polis qüvvələrinin göndərilməsini dəstəkləyir və buna açıq şəkildə etiraz etmək Moskvaya sərf etmir", - Dubnov bildirib. - "Eləcə də ATƏT üzvü olan Qərb dövlətləri də bu ideyanı dəstəkləyirlər".

Xəbər lenti

Xəbər lenti