...

Gilad Şalitin azad edilməsi Yaxın Şərq barışığının bir hissəsidir - Ketrin Eşton

Dünya xəbərləri Materials 22 İyul 2010 17:26 (UTC +04:00)
İsrail əsgəri Gilad Şalitin Fələstinin HƏMAS hərakatının əsirliyindən azad edilməsi Avropa İttifaqının üzərində işlədiyi Yaxın Şərqdə sülh yolu ilə nizamlanmanın bir hissəsidir.
Gilad Şalitin azad edilməsi Yaxın Şərq barışığının bir hissəsidir - Ketrin Eşton

İsrail əsgəri Gilad Şalitin Fələstinin HƏMAS hərakatının əsirliyindən azad edilməsi Avropa İttifaqının üzərində işlədiyi Yaxın Şərqdə sülh yolu ilə nizamlanmanın bir hissəsidir. Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonun rəsmi bəyanatında deyilir.

"Mənim fikrim çox aydındır. Bütün bəyənatlarımda və görüşlərimdə, biz nə ediriksə, Gilad Şalitin azad edilməsi məsələsi bizim tələblərimizin bir hissəsini təşkil edir. Fikrimcə, yadda saxlamaq lazımdır ki, bu gənc insanı tələb etməyimiz bu regionda sülhü görmək istəyimizin bir hissəsidir", - Eşton deyib.

Eşton İsrailə və Fələstin ərazisinə səfəri çərçivəsində HƏMAS-ın üç ildən artıq saxladığı əsgərin valideynləri ilə görüşüb. Onu İsrail ərazisinə yeraltı yolla daxil olan HƏMAS da daxil olmaqla, üç Fələstin qruplaşmasının döyüşçüləri tutub. Həmin hadisədə Şalitin iki əsgər yoldaşı öldürülüb.

23 yaşlı tankçı Şalitin dəyişdirilməsi haqqında Almaniya və Misirin vasitəçiliyi ilə keçirilən danışıqlar, əsgəri oğurlayanların sazişə ömürlük həbs cəzasına məhkum edilən Fələstin qruplaşmaları liderlərinin daxil edilməsinə nail olmaq tələbinin İsrail hökumətinin həddən artıq hesab etməsindən sonra dalana dirəndi. Məlumatı RİA Novosti yayıb.

Eştonun sözlərinə görə, İsrail hökumətindən sazişi tezləşdirməyi tələb edən Şalitin valideynləri ilə görüş zamanı o, bu prosesi yüngülləşdirmək üçün Aİ-nin Qəzza bölgəsinin sadə əhalisini dəstəkləməklə bağlı səyləri haqqında danışıb.

"Vəziyyətin belə davam edə bilməməsini və onun azad olunmasını nə qədər çox başa düşürlərsə, bir o qədər də Şalitin azad ediləcəyi günə ümid artır", - ali nümayəndə qeyd edib.

İsrail tankçısının azad edilməsi planı İsrailin Qəzzada 2008-2009-cu illərin qışında keçirdiyi və beş yüz nəfər fələstinlinin həyatına son qoymuş "Əridilmiş qurğuşun" hərbi əməliyyatının məqsədlərindən biri olub.

İyulun əvvəlində İsrailin Baş naziri Benyamin Netanyahu Şalitin dəyişdirilməsi əvəzində İsrail həbsxanalarından min fələstinlini buraxmağa razılıq verib, lakin bununla yanaşı, "terror liderlərinin" azadlığa buraxılması variantını istisna edib. Hökumət və cəmiyyət daxilində təzyiqə baxmayaraq, Netanyahu çatdırıb ki, Şalitə görə "istənilən qiyməti" ödəməyəcək. "Mən iki prinsipə - terrorçuların İordan çayının qərb sahilinə qayıtmamasına və terror liderlərindən birinin də azadlığa çıxmamasına sadiqəm", - hökumət rəhbəri izah edib.

Ötən ilin payızında döyüşçülər İsrailə əsgərin müraciətinin videoyazısını veriblər. O vaxtdan bəri onun vəziyyəti ilə bağlı heç bir məlumat daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti