...

Əhmədinejad Obama ilə danışıqlara hazırdır

Dünya xəbərləri Materials 2 Avqust 2010 15:36 (UTC +04:00)
İran ABŞ ilə danışıqlara hazırdır və Prezident Barak Obamanı KİV nümayəndələrinin iştirakı ilə danışıqlar aparmağa dəvət edir. Bu sözləri İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad xaricdə yaşayan iranlılarla ikinci görüşü zamanı deyib.
Əhmədinejad Obama ilə danışıqlara hazırdır

İran ABŞ ilə danışıqlara hazırdır və Prezident Barak Obamanı KİV nümayəndələrinin iştirakı ilə danışıqlar aparmağa dəvət edir. Bu sözləri İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad xaricdə yaşayan iranlılarla ikinci görüşü zamanı deyib. Məlumatı FARS informasiya agentliyi yayıb.

Əhmədinejad qeyd edib ki, sentyabrda BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a səfərə yola düşəcək.

"Əgər Prezident Obama razılaşarsa, biz KİV nümayəndələrinin iştirakı ilə danışıqlar apara bilərik və kimin dünyanın idarə edilməsi strategiyasının daha yaxşı olduğunu aydınlaşdırarıq", - o bildirib.

Xəbər lenti

Xəbər lenti