İstanbulda Türkiyə Hava Yolları Şirkətinin işçilərini daşıyan avtobusun qəzaya uğraması nəticəsində, ən azı, üç nəfər həlak olub, yeddisi isə yaralanıb. Bu barədə Anadolu agentliyi xəbər verir.
Qəzaya səbəb avtobusun təkərinin partlaması olub, nəticədə, maşın sərnişinlərlə birgə Atatürk Hava Limanı yaxınlığında aşıb.
Yaralılar xəstəxanaya aparılıblar. Hadisə yerində xilasedicilər çalışır.