...

İran BMT-yə Amerikanın hərbi hücum təhlükəsi ilə bağlı etiraz göndərib

Dünya xəbərləri Materials 19 Avqust 2010 16:29 (UTC +04:00)
İran BMT-yə onun nüvə proqramına görə Amerikanın ölkəyə hərbi hücum təhlükəsi ilə bağlı etiraz göndərərək, istənilən belə hücumu cavablandıracağına söz verib. Xəbəri "Press TV" yayıb.
İran BMT-yə Amerikanın hərbi hücum təhlükəsi ilə bağlı etiraz göndərib

İran BMT-yə onun nüvə proqramına görə Amerikanın ölkəyə hərbi hücum təhlükəsi ilə bağlı etiraz göndərərək, istənilən belə hücumu cavablandıracağına söz verib. Xəbəri "Press TV" yayıb.

Çərşənbə günü BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəhbərlərinə göndərilən məktublarda, İranın BMT-dəki səfirinin müavini Eşq Əlhəbibi ABŞ-ın İrana "tam yalan" sübutlara əsaslanan zərbəendirmə planını kəskin tənqid edib.

ABŞ ordusu qərargah rəisləri ümumi komitəsinin sədri admiral Mayk Mullen bildirib ki, Amerika hərbçiləri İrana zərbə endirməyi planlaşdırıb, halbuki o hesab edir ki, İİR-ə zərbənin endirilməsi pis fikir ola bilər.

Mullen bu zərbənin mümkün nəticələrindən çox narahat olduğunu deyərək, İrana qarşı hərbi əməliyyatların "əvvəlcə deyilməsi çətin olan gözlənilməz nəticələrə" gətirib çıxara biləcəyi haqqında xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti