...

Manilada avtobusu tutan keçmiş polis səkkizinci girovu buraxıb

Dünya xəbərləri Materials 23 Avqust 2010 14:47 (UTC +04:00)
Bu gün Manilanın mərkəzində Honkonqdan 22 turist sərnişini olan avtobusu tutan Filippin polisinin xidmətdən qovulmuş zabiti Rolando Mendosa səkkizinci girovu azad edib.
Manilada avtobusu tutan keçmiş polis səkkizinci girovu buraxıb

Bu gün Manilanın mərkəzində Honkonqdan 22 turist sərnişini olan avtobusu tutan Filippin polisinin xidmətdən qovulmuş zabiti Rolando Mendosa səkkizinci girovu azad edib.

Yerli hakimiyyətin məlumatına görə, Mendosa "M-16" avtomat tüfəngi ilə silahlanıb. O, tam qapalı avtobusda olmaqla, parlamentarilər ilə danışıqları davam etdirir. Mendosa onlara sürücü oturacağı yanındakı pəncərəyə yaxınlaşmağa icazə verir.

İTRA-TASS-ın Honkonqdakı müxbiri məlumat verib ki, Çinin xüsusi inzibati rayonunun rəhbərliyi Filippin hökumətinə hücumdan çəkinmək xahişi ilə müraciət edib. Honkonqdan Filippinə hüquq-mühafizə orqanlarının iki əməkdaşı da gedib. Tutulan avtobusda Honkonqdan olan 15 turist girovda qalmaqdadır.

Manila polisi bildirir ki, Mendosa 1986-cı ildə ölkənin ən yaxşı on polisi sıralarına daxil olub ki, bu da çox nüfuzlu və fəxri addır. Ötən il o, edilən şikayət nəticəsində baş inspektor vəzifəsindən azad olunub. Filippin qəzetçilərinin bildirdiklərinə görə, Mendosanı qanunsuz həbsdə günahlandırıblar. Buna səbəb onun saxlanılan şəxsin cibinə narkotik atması və şübhəli şəxslərdən pul tələb etməsi olub. Onunla bərabər, daha dörd nəfər işdən azad edilib.

Mendosa girovları ələ keçirərək onu xidməti vəzifəsinə bərpa etməyi, üzərindən bütün ittihamların götürülməsini və ötən il olunan şikayətə görə təzmiant ödənilməsini tələb edib. Lakin indi o, avtobusun pəncərəsində "Böyük səhv qərarı düzəltmək məqsədilə böyük səhv" adlı yeni tələb asıb. Jurnalistlər buna əsaslanaraq güman edirlər ki, o, etdiyi əməldən peşman olub. Paytaxt polisinin nümayəndəsi isə bəyan edib ki, "güc tətbiqi bizim son vasitəmizdir. Lakin hələlik bunu tətbiq etmək niyyətində deyilik".

Girovlarladolu avtobus Manilanın mərkəzindəki Lunet parkı yaxınlığındadır. Orada şəhərin simvolu - Filippinin Milli Qəhrəmanı Xose Risalyanın abidəsi yerləşir. Risayla XIX əsrin sonunda ölkənin ispan işğalçılarından azad olunmasına rəhbərlik edib.

Bundan əvvəl əldə edilən məlumata görə, Mendosa girovları saat 15:00-da buraxmağa razılaşıb, lakin bu, baş tutmayıb. Keçmiş polislə danışıqlar davam etdirilir. Mendosanı dilə tutanlardan biri, onun qardaşı Qreqeriodur.

Xəbər lenti

Xəbər lenti