...

Türkiyə demokratiyanın qələbəsini qeyd edir - Ərdoğan

Dünya xəbərləri Materials 12 Sentyabr 2010 23:44 (UTC +04:00)
Bu gün Türkiyə demokratiyanın qələbəsini qeyd edir, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan ölkədə keçirilən referendumun ilkin nəticəlrinin açıqlamasından sonra deyib. Məlumatı CNN Türk yayıb.
Türkiyə demokratiyanın qələbəsini qeyd edir - Ərdoğan

Bu gün Türkiyə demokratiyanın qələbəsini qeyd edir, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan ölkədə keçirilən referendumun ilkin nəticəlrinin açıqlamasından sonra deyib. Məlumatı CNN Türk yayıb.

Ərdoğanın sözlərinə görə, referendumda iştirak edənlərin 58 % konstitusiya dəyişikliyinə "hə" deyib və bu Türkiyə xalqının zəfəridir.

"Demokratiyaya inam, demokratiyaya meyl yenə də özünü göstərdi. 77 faiz referendumda iştirak etdi. Bu gün "hə" yaxud "yox" seçimindən asılı olmayaraq, hamı qalib gəldi", Ərdoğan deyib.

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendumun ilkin nəticələrinə gorə 99,95 % seçki bülletenləri sayılıb və onlardan 58 % konstitusiya dəyişikliyinə "hə" deyib. Bu məlumatı CNN Turk kanalı yayıb.

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendum bazar günü başa çatıb, hal hazırda qalan seçki bülletenləri sayılır.

Xəbər lenti

Xəbər lenti