...

İKT-nin ticari-iqtisadi əməkdaşlıq üzrə illik sessiyası İstanbulda keçiriləcək

Dünya xəbərləri Materials 13 Sentyabr 2010 14:58 (UTC +04:00)
İslam Konfransı Təşkilatının (İKT) ticari-iqtisadi əməkdaşlıq üzrə Daimi Komitəsinin 26-cı sessiyası oktyabrın 4-dən 8-dək İstanbulda keçiriləcək. Bu barədə Türkiyə hökuməti yanında KİV və İnformasiya işləri üzrə idarənin məlumatında deyilir.
İKT-nin ticari-iqtisadi əməkdaşlıq üzrə illik sessiyası İstanbulda keçiriləcək

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir Ü.Sadıqova/

İslam Konfransı Təşkilatının (İKT) ticari-iqtisadi əməkdaşlıq üzrə Daimi Komitəsinin 26-cı sessiyası oktyabrın 4-dən 8-dək İstanbulda keçiriləcək. Bu barədə Türkiyə hökuməti yanında KİV və İnformasiya işləri üzrə idarənin məlumatında deyilir.

Komitənin iclasında İKT üzvü olan və müşahidəçi ölkələrin iqtisadiyyat nazirlərinin, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.

Tədbiri İKT baş katibi Ekmələddin İhsanoğlu açacaq.

İKT 1969-cu ildə yaradılıb və 57 müsəlman dövlətini, eləcə də Fələstin Azadlıq Təşkilatını birləşdirir. Baş Qərargahı Ciddədə yerləşən İKT BMT yanında müşahidəçi statusuna malikdir və iştirakçı ölkələrin sayına görə dünyada ikinci yeri tutur.

Xəbər lenti

Xəbər lenti