...

Nüvə yanacağının mübadiləsi üzrə saziş yalnız Vyana qrupu çərçivəsində müzakirə olunacaq – İran XİN başçısı (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 13 Sentyabr 2010 15:38 (UTC +04:00)
Nüvə yanacağının mübadiləsi üzrə saziş yalnız Vyana qrupu (BAEA, Rusiya, ABŞ və Fransa) çərçivəsində müzakirə olunacaq.
Nüvə yanacağının mübadiləsi üzrə saziş yalnız Vyana qrupu çərçivəsində müzakirə olunacaq – İran XİN başçısı (ƏLAVƏ OLUNUB)

RED. əlav.: ikinci abzasdan sonra əlavə olunub

Nüvə yanacağının mübadiləsi üzrə saziş yalnız Vyana qrupu (BAEA, Rusiya, ABŞ və Fransa) çərçivəsində müzakirə olunacaq. Bunu İranın xarici işlər naziri Mənuçöhr Müttəki deyib. Məlumatı FARS informasiya agentliyi yayıb.

O əlavə edib ki, bu məsələnin müzakirə olunması üçün başqa ölkənin cəlb edilməsinə ehtiyac yoxdur.

Beləliklə, Türkiyə və Braziliya nüvə yanacağı ilə bağlı danışıqlardan kənarda qalırlar.

Mayın 17-də isə Braziliyanın iştirakı ilə İran və Türkiyə 1 200 kq zəif zənginləşdirilmiş uranın Türkiyə ərazisində 20 faizlik yanacaqla mübadiləsi barədə üçtərəfli bəyannamə imzalayıblar. Bu ölkələrin xarici işlər nazirləri Tehrandakı nüvə reaktoru üçün İranın malik olduğu az zənginləşdirilmiş (3,5 faizədək) uranın yüksək zənginləşdirilmiş (20 faizədək) yanacaqla mübadiləsi barədə saziş layihəsi imzalayıblar.

ABŞ Tehran sazişini tanımaqdan imtina edib.

BMT Təhlükəsizlik Şurası (TŞ) İrana qarşı onun nüvə fəaliyyəti ilə bağlı altı qətnamə qəbul edib. Onlardan dördü İrandan uranın zənginləşdirilməsinin dayandırılmasını tələb edir, ikisi isə xəbərdarlıq xarakteri daşıyır.

İndiyədək İranda 25 kiloqram 20 faizlik yanacaq istehsal olunub. İran hakimiyyəti bəyan edir ki, əgər Qərb İran tərəfinə ona lazım olan yanacağı verməsə, ölkə onu sərbəst şəkildə istehsal etməyə başlayacaq.

Xəbər lenti

Xəbər lenti