...

İran "Feniks" raketlərini geridə qoyan raket istehsal edəcək – HHQ

Dünya xəbərləri Materials 13 Sentyabr 2010 16:52 (UTC +04:00)
İran gücünə görə "Feniks" raketlərini geridə qoyan raket istehsal edəcək. Bu barədə İran HHQ-nin komandir müavini Əziz Nəsirzadə bildirib.
İran "Feniks" raketlərini geridə qoyan raket istehsal edəcək – HHQ

İran gücünə görə "Feniks" raketlərini geridə qoyan raket istehsal edəcək. Bu barədə İran HHQ-nin komandir müavini Əziz Nəsirzadə bildirib. Məlumatı MEHR informasiya agentliyi yayıb.

Nəsirzadənin sözlərinə görə, İranın Hərbi Hava Qüvvələri gücünə görə "Feniks" raketinin belə imkanlarını keçən "hava-hava" tipli raketin istehsalında böyük uğur əldə edib. Bu raketlərin üstünlüyü daha böyük hədəfə çatma uzaqlığı və fəal tuşlama başlığından ibarətdir.

Sentyabrın 22-də İranda "Müqəddəs müdafiə" həftəsinə təsadüf edən hərbi parad keçiriləcək. Paradda İran Hərbi Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusunun qüvvələri, HHQ və piyada qoşunları iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti