...

Üsamə bin Laden əkiz nəvələrini itirib

Dünya xəbərləri Materials 13 Sentyabr 2010 17:37 (UTC +04:00)
Bir nömrəli terroristin nəvələri üçün ögey (surroqat) ana olmağa razılıq verən 24 yaşlı Böyük Britaniya vətəndaşı Luiz Pollardın vaxtından əvvəl doğuşu olub.
Üsamə bin Laden əkiz nəvələrini itirib

Bir nömrəli terroristin nəvələri üçün ögey (surroqat) ana olmağa razılıq verən 24 yaşlı Böyük Britaniya vətəndaşı Luiz Pollardın vaxtından əvvəl doğuşu olub. Bu barədə xəbəri Türkiyənin "DHA" agentliyi yayıb.

Pollard Dəməşq küçələrinin birində yerli kafedən öz qaldığı ünvana qayıdan zaman avtomobil tərəfindən vurulub. Onu xəstəxanaya çatdıran zaman həkimlər onun vaxtından əvvəl doğuşu barədə xəbər veriblər.

Bir neçə ay bundan əvvəl buna kimi uşaqsız ailələr üçün artıq ögey ana olmuş britaniyalı Pollard "əl-Qaidə" terror təşkilatının rəhbəri Üsamə bin Ladenin 29 yaşlı oğlu Ömər bin Ladenin və onun Zaina kimi tanınan 54 yaşlı britaniyalı həyat yoldaşı Feliks Braunun əkizlərini doğmağa razılıq verib.

Hər iki qadın Suriyaya birlikdə gəlib. Zaina bir neçə ay bundan əvvəl həyat yoldaşının psixi pozğunluğuna görə ondan ayrıldığını bildirib, lakin süni mayalanmaya razılıq verib.

Pollard bildirib ki, dünyada ən çox axtarılan terrorçunun nəvələri üçün bir daha ögey ana olmağı planlaşdırmır.

Xəbər lenti

Xəbər lenti