...

İranda keçirilən paradda üç növ pilotsuz təyyarə nümayiş etdirilib

Dünya xəbərləri Materials 22 Sentyabr 2010 12:42 (UTC +04:00)
İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə hərbi parad keçirilir
İranda keçirilən paradda üç növ pilotsuz təyyarə nümayiş etdirilib

İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə bu gün hərbi parad keçirilir. Hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava qüvvələri iştirak edirlər. Parad İranın sabiq ali lideri ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunub.

"Mehr" agentliyinin məlumatına əsasən, pilotsuz "Kərrar" qırıcısı, pilotsuz "Hodhod" axtarış-əməliyyat təyyarəsi və "Əbabil" 2 pilotsuz təyyarə nümayiş etdirilib.

Hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş olunduğu hərbi paradlar keçirilir.

İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatmış və hər iki dövlətin sərhədləri müharibədənəvvəlki vəziyyətdə qalıb.

Xəbər lenti

Xəbər lenti