RED. əlav.: partlayışın xarakteri barədə məlumatlar yenilənib
İranın Qərbi Azərbaycan əyalətində Mehabad şəhərində parad zamanı partlayış baş verib. Məlumatı IRINN telekanalının rəsmi saytı yayıb.
İlkin məlumatlara görə, bu, terror aktı olub. Partlayış nəticəsində 10 nəfər həlak olub, 58 nəfər yaralanıb. Xəsarət alanlar arasında qadın və uşaqlar da var.
MEHR agentliyinin məlumatında deyilir ki, terror aktı səsli bombanın partlaması nəticəsində baş tutub.
Partlayışa görə məsuliyyəti hələ ki heç bir təşkilat öz üzərinə götürməyib.
Əyalətdə əhalinin böyük əksəriyyətini kürdlər təşkil edir və bu ərazidə "Pejak" qruplaşması fəaliyyət göstərir.