...

Qırğızıstanda qarşıdakı referendumda qadın namizədlərin 30 faizlik iştirakı nəzərdə tutulub – Roza Otunbayeva

Dünya xəbərləri Materials 23 Sentyabr 2010 11:01 (UTC +04:00)
Qırğızıstanda oktyabr ayında keçiriləcək referendumda qadın namizədlərin 30 faizlik iştirakı nəzərdə tutulub. Bu barədə Qırğızıstanın keçid dövrü hökumətinin başçısı Roza Otunbayeva Nyu-Yorkda minilliyin inkişaf məqsədlərinə həsr olunmuş sammitində çıxışı zamanı bildirib.
Qırğızıstanda qarşıdakı referendumda qadın namizədlərin 30 faizlik iştirakı nəzərdə tutulub – Roza Otunbayeva

ABŞ, Nyu-York, 23 sentyabr /Trend, xüsusi müxbir A.Privalov/

Qırğızıstanda oktyabr ayında keçiriləcək referendumda qadın namizədlərin 30 faizlik iştirakı nəzərdə tutulub. Bu barədə Qırğızıstanın keçid dövrü hökumətinin başçısı Roza Otunbayeva Nyu-Yorkda minilliyin inkişaf məqsədlərinə həsr olunmuş sammitində çıxışı zamanı bildirib.

"Oktyabrda Qırğızıstanda keçiriləcək referendumda qadın namizədlərin 30 faizlik iştirakı nəzərdə tutulub", - Roza Otunbayeva Bəyannamənin qadınlar və kişilər arasında bərabərliyi nəzərdə tutan bəndi haqında danışarkən bildirib.

Onun sözlərinə görə, ölkədəki siyasi və iqtisadi problemlərə baxmayaraq, Qırğızıstan BMT-nin qəbul etdiyi Bəyannamənin prinsiplərinə sadiqdir və minilliyin inkişaf məqsədlərinə nail olmaq üzrə işləri davam etdirir.

"Bizim irəliyə doğru hərəkətlərimizi stimullaşdıran qonşularımız və müttəfiqlərimiz bu gün artımın hərəkətverici qüvvələri olublar", - o deyib.

Otunbayevanın sözlərinə görə, bu yaxınlarda Qırğızıstanda baş vermiş hadisələr demokratiya ilə təhlükəsizlik arasında ayrılmaz əlaqəni nümayiş etdirdi.

"Hazırkı anın başlıca vəzifəsi korrupsiyanın məhv edilməsidir. İyunda cənubda baş vermiş qanlı münaqişə nəticəsində, 300-dən çox adam həlak olub və minlərlə insan yaralanıb", - Otunbayeva bildirib.

O, çətin dövrdə kömək etməyə hazır olan və operativ yardım göstərən bütün ölkələrə və BMT-yə minnətdarlığını ifadə edib.

"Qırğızıstan hökuməti təqdim edilən yardımdan istifadə olunmasının tam aşkarlığı və onun üzərində nəzarətlə tam təmin olunub", - o əlavə edib.

Otunbayeva dünya birliyinə müraciət edərək, Qırğızıstanın xarici borclarının silinməsi təklifi ilə çıxış edib.

"Dənizə çıxışı olmayan dağlıq ölkə üçün qlobal tərəfdaşlıq çərçivəsində ətraf mühitin mühafizəsi müqabilində xarici borcların silinmə mexanizmi çox vacibdir", - Otunbayeva bildirib.

MİM Bəyannaməsinin digər şərtlərinə gəldikdə, Qırğızıstanda içməli sudan istifadə 90,4% təşkil edir.

Eyni zamanda, o qeyd edib ki, hələ ana və uşaq ölümü ilə mübarizədə aşkar nəticə əldə etmək mümkün olmayıb.

"Lakin mənim ölkəm müsbət dəyişikliklərin baş verməsi üçün hər şeyi edəcək", - o, çıxışının sonunda bildirib.

Xəbər lenti

Xəbər lenti