...

Müsəlman ölkələr öz əlaqələrini möhkəmləndirməli və düşmənlərə qarşı mübarizədə qarşılıqlı fəaliyyət göstərməlidirlər – Əhmədinejad

Dünya xəbərləri Materials 23 Sentyabr 2010 14:10 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad müstəqil müsəlman ölkə və xalqları düşmənlərin artmaqda olan qəsdləri barədə xəbərdar edib. Bu barədə xəbəri "Press-TV" yayıb.
Müsəlman ölkələr öz əlaqələrini möhkəmləndirməli və düşmənlərə qarşı mübarizədə qarşılıqlı fəaliyyət göstərməlidirlər – Əhmədinejad

İran Prezidenti Mahmud Əhmədinejad müstəqil müsəlman ölkə və xalqları düşmənlərin artmaqda olan qəsdləri barədə xəbərdar edib. Bu barədə xəbəri "Press-TV" yayıb.

"Müsəlman ölkələri bundan sonra da öz əlaqələrini möhkəmlətməli və düşmənlərin qəsdləri ilə mübarizədə qarşılıqlı fəaliyyət göstərməlidirlər". Əhmədinejad bu fikri Nyu-Yorkda Mavritaniya Baş naziri Mülayə uld Məhəmməd Laqdafla görüşdə səsləndirib.

O, İran və Mavritaniya arasında əlaqələrin möhkəmləndirilməsinə işarə edərək bildirib ki, iki ölkə ikitərəfli əməkdaşlıq potensialının möhkəmləndirilməsi və yeni layihələrin həyata keçirilməsi üçün əllərindən gələni etməlidir.
Laqdaf öz növbəsində qeyd edib ki, İran İslam Respublikası ilə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında münasibətlərdə yeni perspektivlər açacaq.

Əhmədinejad BMT Baş Assambleyasının 65-ci illik sessiyasında iştirak etmək üçün birhəftəlik Nyu-Yorka gəlib.

Xəbər lenti

Xəbər lenti