...

İran Xəzər dənizində hərbi təlim keçir

Dünya xəbərləri Materials 27 Sentyabr 2010 18:41 (UTC +04:00)
İran Xəzər dənizinin ona aid olan hissəsində "Sabit təhlükəsizlik 89" adlı hərbi təlimlər keçir.
İran Xəzər dənizində hərbi təlim keçir

İran Xəzər dənizinin ona aid olan hissəsində "Sabit təhlükəsizlik 89" adlı hərbi təlimlər keçir. Məlumatı IRNA informasiya agentliyi yayıb.

İran hərbi dəniz qüvvələrinin verdiyi məlumata əsasən, təlimlərdə İran hərbi qüvvələrinin şimal donanmasının antikimyəvi və antibakterioloji müdafiə bölmələri iştirak edirlər.

Təlimlər bir neçə mərhələdə keçiriləcək: fəaliyyətə hazırlıq, planlaşdırılmış taktiki hərəkətlər və hərbi dəniz qüvvələrinin paradının keçirilməsi. Təlimlərin əsas məqsədlərindən biri böyük zabit tərkibinin təcrübəsinin gənc hərbçilərə ötürülməsidir.

Xəbər lenti

Xəbər lenti