...

İran Rusiyadan "ABŞ-ın oyunu"nda oynamamağı istəyib

Dünya xəbərləri Materials 28 Sentyabr 2010 12:52 (UTC +04:00)
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, "ABŞ-ın qurduğu oyunun iştirakçısı olmaq Rusiyanın mənafeyini təmin etməyəcək".
İran Rusiyadan "ABŞ-ın oyunu"nda oynamamağı istəyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, "ABŞ-ın qurduğu oyunun iştirakçısı olmaq Rusiyanın mənafeyini təmin etməyəcək".

Rusiya Prezidenti Dmitri Medvedev sentyabrın 22-də İrana "S-300" raketəleyhinə müdafiə sistemi, hərbi təyyarələr, hərbi gəmilər və zirehli texnikaların verilməsinin qadağan edilməsi, İranın nüvə proqramının fəaliyyətində əlaqəsi olan bəzi şəxslərin Rusiyaya gəlməsinin qadağan olunması və sığorta şirkətlərinin İran ilə əməkdaşlığına limit qoyulması haqqında üç fərman imzalayıb.

Rusiya bundan əvvəl, 2010-cu ilin may ayında BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramına qarşı 1929-cu saylı qətnaməsini dəstəkləyib.

İLNA agentliyinin məlumatına görə, Mehmanpərəst bildirib ki, 1929 saylı qətnamədə İrana "müdafiə təchizatı"nın satılmasına qadağa qoyulmayıb və "S-300" sistemi müdafiə üçündür.

Mehmanpərəst bildirib ki, İranla Rusiya arasında "S-300" müqaviləsinin Moskva tərəfindən pozulması qanunsuzdur.

Xəbər lenti

Xəbər lenti