...

Türkiyənin Baş naziri ABŞ-ı terrorçuları dəstəkləməkdə günahlandırmayıb - administrasiya

Dünya xəbərləri Materials 16 Oktyabr 2010 10:08 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 12-13 oktyabr tarixlərində Pakistana səfəri zamanı hər hansı ölkə haqqında heç bir xüsusi müsahibə və bəyanat verməyib.
Türkiyənin Baş naziri ABŞ-ı terrorçuları dəstəkləməkdə günahlandırmayıb - administrasiya

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 12-13 oktyabr tarixlərində Pakistana səfəri zamanı hər hansı ölkə haqqında heç bir xüsusi müsahibə və ya bəyanat verməyib. Bu barədə Baş nazir administrasiyasının məlumatında deyilir. Məlumatı CNN Türk yayıb.

Administrasiya Pakistanın "The News" qəzetinin cümə günü buraxılışında "ABŞ beynəlxalq terrrorçuları dəstəkləyir - Türkiyənin Baş naziri" başlığı ilə dərc edilmiş məlumatı tamamilə uydurma adlandırıb.

Xəbər lenti

Xəbər lenti