...

İran uran yanacağını təmin etmək məqsədi ilə genişmiqyaslı axtarışlara başlayıb

Dünya xəbərləri Materials 18 Oktyabr 2010 15:14 (UTC +04:00)
İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi bildirib ki, İranın uran yanacağını təmin etmək məqsədi ilə ölkənin cənub və mərkəzi regionlarında genişmiqyaslı axtarış əməliyyatlarına başlanılıb.
İran uran yanacağını təmin etmək məqsədi ilə genişmiqyaslı axtarışlara başlayıb

İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi bildirib ki, İranın uran yanacağını təmin etmək məqsədi ilə ölkənin cənub və mərkəzi regionlarında genişmiqyaslı axtarış əməliyyatlarına başlanılıb. Məlumatı İranın MEHR xəbər agentliyi yayıb.

Salehi əlavə edib ki, Buşəhr nüvə stansiyasını istifadəyə verdikdən sonra ölkənin uran yanacağını təmin etmək məqsədi ilə bütün diqqət uranın axtarışına yönəldiləcək.

"Uran axtarışı üçün Prezident tərəfindən lazımi vəsait ayrılıb və texniki avadanlıqlar təşkil olunub. Bu sahədə fəaliyyətimiz bir neçə dəfə genişləndirilib", - Salehi deyib.

"Uran ehtiyatının olduğu güman edilən ərazilərdə genişmiqyaslı axtarış əməliyyatlarına başlamışıq, lakin hələlik araşdırmaların nəticələrini açıqlamırıq. Gələcəkdə son nəticələr açıqlanacaq", - o əlavə edib.

İranda Bəndər Abbas, Sağənd və Ərdəkan mədənlərində 1 400 kiloqramlıq uran ehtiyatı mövcuddur. Bu həcmdə uran ehtiyatı 1000 MVt-lıq stansiyanın 10 illik yanacağını təmin edə bilər. İran 1970-ci ildə 600 ton həcmində Cənubi Afrika Respublikasından "sarı tort" (təmizlənmiş uran daşı) təhvil alıb. "Institute for Science and International Security" təşkilatının 2009-cu ildə yaydığı məlumata əsasən, İran CAR-dan aldığı uran ehtiyatının böyük hissəsini zənginləşdirib və bu ölkənin nüvə ehtiyatı tükənməkdədir.

Xəbər lenti

Xəbər lenti