...

İranın beş mədəniyyət obyekti YUNESKO-nun siyahısına salınıb

Dünya xəbərləri Materials 20 Noyabr 2010 14:19 (UTC +04:00)
YUNESKO İranın beş mədəniyyət obyektini qeyri-maddi mədəni irs siyahısına daxil edib. Bu barədə "Tehran Times" qəzeti xəbər verir.
İranın beş mədəniyyət obyekti YUNESKO-nun siyahısına salınıb

YUNESKO İranın beş mədəniyyət obyektini qeyri-maddi mədəni irs siyahısına daxil edib. Bu barədə "Tehran Times" qəzeti xəbər verir.

Xorasandakı bəxşi nəğmələri, pəhləvan və zorxana mərasimləri, təziyə dini ayini, Fars və Kaşandakı ənənəvi xalçaçılıq sənəti noyabrın 15-dən 19-dək Nayrobidə keçirilən Mədəni İrs üzrə Hökumətlərarası Komitənin beşinci sessiyasında siyahıya salınıb.

İranın şimal-şərqindəki Xorasan vilayətində yaşayan bəxşi xalqı ikisimli tarda (dütar) öz istedadlı ifası ilə məşhurdur. Bəxşilər mifologiya, tarix və ya əfsanələrin elementlərindən ibarət dastan və şerlər ifa edirlər.

İran döyüş sənəti olan pəhləvan və zorxana mərasimləri islam, qnostisizm və qədim fars inanclarını özündə ehtiva edir.

Təziyə dramatik incəsənət ayini dini hadisələrə, tarixi və mifik əfsanələrə və xalq nağıllarına əsaslanır. Hər bir tamaşa dörd elementdən ibarətdir: poeziya, musiqi, nəğmə və hərəkət. Yalnız kişilərdən ibarət olan aktyorlar qadın rollarını da ifa edirlər. Bunlar bir qayda olaraq, özünə dolanmaq üçün başqa məşğuliyyətlə pul qazanan şəxslərdir. Onlar üçün oyun daha çox hobbidir.

Fars əyalətində ənənəvi xalça toxuma sənəti əsasən, köçəri qaşqayilərlə bağlıdır. Xalça toxuma prossesinə kişilər də, qadınlar da cəlb olunur və onların istifadə etdikləri bütün materiallar da onların özləri tərəfindən hazırlanır.

Bütün vərdişlər şifahi yolla və konkret nümunələrin köməyilə ötürülür: qadınlar öz qızlarına materiallardan, alət və metodlardan istifadə etməyi; atalar oğullarına yunu necə qırxmağı və toxucu dəzgahlarını düzəltməyi öyrədirlər.

Çox qədimdən xalça istehsalı mərkəzi kimi məşhur olan İsfahan vilayətinin Kaşan şəhərində xalçaçılıq prosesinə həm kişilər, həm də qadınlar cəlb olunurlar. Ənənəvi xalçaların toxunması bacarığını qızlara analar və nənələri öyrədirlər. Kişilər isə şəkil çəkmə, rəngləmə, yunun qırxılması və toxucu dəzgahlarının və digər alətlərin hazırlanmasını öyrənirlər.

Ötən il YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına İranda da qeyd olunan Novruz bayramı və İranın fars musiqi ənənələrinə dayanan "rədif" musiqi forması salınıb.

Xəbər lenti

Xəbər lenti