...

Əhmədinejadın avtomobili hərraca çıxarılıb

Dünya xəbərləri Materials 22 Noyabr 2010 13:49 (UTC +04:00)

Noyabrın 21-də İran Prezidenti Mahmud Əhmədinejadın "Pejo 504" markalı avtomobili hərraca çıxarılıb. Bunu İranın rifah və sosial təminat naziri Sadiq Məhsuli bildirib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məhsuli deyib ki, aztəminatlı ailələrin mənzil probleminin həllinə yönəlmiş "Məskən-e mehr" adlı mənzil-inşaat proqramı çərçivəsində mənzil tikintisi ilə məşğul olan xeyriyyəçi şəxslərin ötən gün keçirilən konfransında Prezident bu qərarı qəbul edib.

O, bildirib ki, Əhmədinejad aztəminatlı ailələrin mənzil təminatına kömək etmək məqsədi ilə bu addımı atıb. "Hazırda avtomobil beynəlxalq hərraca çıxarılıb və yaxın gələcəkdə onun qiyməti açıqlanacaq", - Məhsuli deyib.

Xəbər lenti

Xəbər lenti