...

İranın benzin idxalına ehtiyacı yoxdur - dini lider (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 4 Fevral 2011 13:32 (UTC +04:00)
İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, fevralın 11-dən İranın benzin idxalına ehtiyacı qalmayacaq.
İranın benzin idxalına ehtiyacı yoxdur - dini lider (ƏLAVƏ OLUNUB)

Bəkqraund əlavə olunub (ilk xəbər 13:09-da yayılıb)

İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, fevralın 11-dən İranın benzin idxalına ehtiyacı qalmayacaq.

Trend-in məlumatına görə, Xamenei cümə namazındakı çıxışında bildirib ki, Qərb İrana benzin idxalına embarqo tətbiq etməklə, ölkə daxilində narazılıq və xalqın hakimiyyətə qarşı çıxmasını gözləyirdi. Lakin İran benzin istehsalında daxili imkanlara güvəndi və həyata keçirilmiş tədbirlər nəticəsində İranın benzin idxalına daha ehtiyacı qalmır.

İranın dövlət televiziyasında (İRİB) canlı yayımlanan çıxışında Xamenei bildirib ki, tezliklə İran xaricə benzin də ixrac edə biləcək.

2010-cu ilin avqust ayında İran NEZ-ləri sutkada 44,7 milyon litr benzin istehsal edib. Bunlar Bəndər-Abbas (ölkədə istehsal olunan benzinin 21 faizi), Abadan (20,2 faiz), İsfahan (18,2 faiz), Tehran (15 faiz), Arak (10,4 faiz), Təbriz (6,2 faiz), Şiraz (3,8 faiz), Lavan (2,4 faiz) və Kirmanşahdakı (1,7 faiz) NEZ-lərdir. İranda benzinə daxili tələbat sutkada 60 milyon litrdən çoxdur.

Ötən il iyunun 9-da BMT Təhlükəsizlik Şurası ABŞ-ın təklif etdiyi, İrana qarşı yeni beynəlxalq sanksiyaların tətbiqi haqqında qətnamə qəbul edib. Daha sonra ABŞ administrasiyası İslam Respublikasına münasibətdə birtərəfli əlavə sanksiyalar tətbiq edib, iyulun 26-da isə Aİ-nin xarici işlər nazirləri İran əleyhinə birtərəfli sanksiyalar paketini təsdiqləyiblər ki, onların arasında benzin ixracının azaldılması barədə qərar da var.

Fransanın "Total" şirkəti ABŞ-ın bu ölkəyə qarşı birtərəfli sanksiyalar tətbiq etməsindən sonra, İrana neft məhsullarının, eləcə də benzinin satışını dayandıran sonuncu Qərb şirkəti olub. Bundan əvvəl İrana benzin satışını İngiltərə-Hollandiya "Royal Dutch Shell PLC" konserni, "British Petroleum", Hollandiya-İsveçrə "Vitol Holding BV" və "Trafigura Beheer BV" treyderləri, İsveçrənin "Glencore International AG" xammal treyderi, eləcə də Rusiyanın "LUKoyl", Malayziyanın "Petroliam Nasional Bhd" (Petronas) dövlət şirkəti və Hindistanın "Reliance Industries" şirkəti dayandırıb.

Xəbər lenti

Xəbər lenti