...

Iranda hakimiyyət aksiyaları şiddətlə dağıdır – müxalifət saytı

Dünya xəbərləri Materials 2 Mart 2011 10:01 (UTC +04:00)

İranda müxalifət liderləri Mehdi KarrubiMir hossein Mousavi-nin həbsdən azad olunması tələbi ilə Tehranın müxtəlif xiyabanlarında aksiya keçirən xalq ilə polis arasında qarşı durma olub.
Musəviyə yaxın olan Kalame saytının (kaleme.com) məlumatına əsasən, polis aksiyaları dağırtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və aksiyaçıları dubinka ilə dağırdıb. Hələlik İranın rəsmi mediaları aksiyalara münasibət bildirməyib.

Müxalifətə bağlı olan Kaleme saytı məlumat verir ki, Tehranın Enqelab xiyabanında güllə səsi eşidilib, lakin, kimsənin yaralanması barədə məlumat yoxdur.

Saytın məlumatına əsasən, polis və təhlükəsizlik qüvvələri Enqilab xiyabanına bağlanan bəzi küçələrdə gəliş-gedişi məhdudlaşdırıb, buna baxmayaraq, aksiyaçıların sayı, Tehranın müxtəlif xiyabanlarında artır.

Hakimiyyət iki həftə bundan əvvəl, Mousavi və Karrubinin evinə gəliş-gedişi qadağa etmişdi. Hazırda müxalifət liderlərinin harada saxlanması barədə dəqiq məlumat yoxdur, lakin, Fars agentliyinin məlumatına görə, onlar təhlükəsizlik qüvvələrinin təşkil etdiyi bir evdə saxlanılırlar. Kərrubinin saytı "Saham News"-un məlumatına görə, müxalifət liderləri Heshmatiye həbsxanasında saxlanılırlar

Xəbər lenti

Xəbər lenti