...

Türkiyədə yenidən İran təyyarəsi məcburi yerə endirilib

Dünya xəbərləri Materials 21 Mart 2011 16:08 (UTC +04:00)
Ötən bir həftə ərzində ikinci dəfədir ki, Türkiyədə İranın yük təyyarəsi yoxlamalar aparmaq məqsədilə məcburi yerə endirilib.
Türkiyədə yenidən İran təyyarəsi məcburi yerə endirilib

Azərbaycan, Bakı, 21 mart /Trend/

Ötən bir həftə ərzində ikinci dəfədir ki, Türkiyədə İranın yük təyyarəsi yoxlamalar aparmaq məqsədilə məcburi yerə endirilib. Bu barədə Trend İranın www.asriran.com saytına istinadən məlumat verir.

Şənbə günü (19 mart) Suriyaya gedən İran təyyarəsi yoxlamalar aparılması üçün Diyarbəkir hava limanına endirilib.

Türkiyə rəsmiləri təyyarəni qanunsuz texnologiyalar daşıma ehtimalı olduğu üçün məcburi endiriblər və yoxlamalardan sonra təyyarə yoluna davam edib.

Martın 16-da Türkiyə rəsmiləri Suriyaya gedən İran təyyarəsini məcburi yerə endirmişdirlər.

Xəbər lenti

Xəbər lenti