...

Yəməndə hərbi zavodda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Dünya xəbərləri Materials 29 Mart 2011 14:11 (UTC +04:00)
Yəmənin cənubundakı hərbi zavodda baş vermiş partlayışın qurbanlarının sayı 150 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Frans Press" agentliyi yerli hakimiyyət nümayəndələrinə istinadən xəbər verib.
Yəməndə hərbi zavodda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Yəmənin cənubundakı hərbi zavodda baş vermiş partlayışın qurbanlarının sayı 150 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Frans Press" agentliyi yerli hakimiyyət nümayəndələrinə istinadən xəbər verib.

"RİA Novosti"nin yazdığına görə, bundan əvvəl 110 nəfərin həlak olması barədə məlumat verilmişdi.

Bazar ertəsi Yəmənin cənubundakı Abyan əyalətində silah zavodunda partlayış baş verib. Partlayışın qurbanları yerli sakinlər, o cümlədən qadınlar və uşaqlar olub. Onlar islamçı yaraqlıların bir gün əvvəl hücum etdikləri zavoddan silah aparmağa cəhd ediblər.

Partlayışın səbəbləri hələlik açıqlanmır. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti