...

Əhmədinejad İran və Misir münasibətlərinin perspektivini müsbət dəyərləndirir

Dünya xəbərləri Materials 4 Aprel 2011 18:17 (UTC +04:00)
Prezident Mahmud Əhmədinejad bildirib ki, İran və Misir mübasibətlərinin perspektivi aydın və müsbətdir.
Əhmədinejad İran və Misir münasibətlərinin perspektivini müsbət dəyərləndirir

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Prezident Mahmud Əhmədinejad bildirib ki, İran və Misir münasibətlərinin perspektivi aydın və müsbətdir.

İran Prezidenti aprelin 4-də keçirdiyi mətbuat konfransda deyib ki, İran İsraili çıxmaq şərtilə, bütün xalqlarla, o cümlədən Misir hakimiyəti ilə münasibətlərini genişləndirmək istəyir.

Bundan əvvəl Misirin xarici işlər naziri bildirmişdi ki, İran Misirin sabiq prezidenti Ənvər Sadatın qatili Xalid İstanbulinin adına olan prospektin adını dəyişsə, iki ölkə arasında münasibətlərin bərpasını yenidən müzakirə etmək olar.

İranın 1979-cu ildən Misirlə diplomatik əlaqələri yoxdur.

Əhmədinejad İran telekanalının canlı efirində bildirib ki, xalqlar arasında münasibətlərin bərpası üçün şərt qoymaq lazim deyil.

Xəbər lenti

Xəbər lenti