...

İran televiziyası ABŞ casuslarının etiraflarını yayımlayacaq

Dünya xəbərləri Materials 25 May 2011 17:00 (UTC +04:00)
Tezliklə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) çalışan casus şəbəkəsinin həbs edilmiş üzvlərinin etirafları dövlət televiziyası ilə yayımlanacaq.
İran televiziyası ABŞ casuslarının etiraflarını yayımlayacaq

Azərbaycan, Bakı, 25 may /Trend/

Tezliklə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) çalışan casus şəbəkəsinin həbs edilmiş üzvlərinin etirafları dövlət televiziyası ilə yayımlanacaq. Bunu İranın təhlükəsizlik naziri Heydər Müslehi deyib. Bu barədə Trend İranın ISNA xəbər agentliyinə istinadən məlumat verir.

Müslehi bildirib ki, CIA-ya çalışan casus şəbəkəsinin 35 üzvündən 30-u İranda, 5-i isə digər ölkələrdə həbs olunub.

Müslehi əlavə edib ki, digər ölkələrdə CIA-ya çalışan casuslardan daha 42 nəfər müəyyənləşdirilib. "Həbs edilmiş casus şəbəkəsinin üzvləri əsasən nüvə obyektləri, neft-qaz sektoru, energetika və proqram təminatı sahələrində casusluq ediblər", - o deyib.

Mayın 23-də Müslehi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə çalışan 30 casusun həbs olunması ilə bağlı məlumat vermişdi.

Xəbər lenti

Xəbər lenti