...

Almaniyada yayılan infeksiya insandan insana keçə bilər - TV

Dünya xəbərləri Materials 2 İyun 2011 15:01 (UTC +04:00)
Almaniyada 16 nəfərin həyatına son qoyan bağırsaq infeksiyası təkcə qida məhsulları ilə deyil, insandan insana da keçə bilər. Bu barədə Hamburqun səhiyyə məsələləri üzrə senatoru Korneliya Pryufer-Ştorks bildirib.
Almaniyada yayılan infeksiya insandan insana keçə bilər - TV

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Almaniyada 16 nəfərin həyatına son qoyan bağırsaq infeksiyası təkcə qida məhsulları ilə deyil, insandan insana da keçə bilər. Bu barədə Hamburqun səhiyyə məsələləri üzrə senatoru Korneliya Pryufer-Ştorks bildirib.

"İnsandan insana keçmə də mümkündür", - Trend-in məlumatına görə, o, cümə axşamı N-24 telekanalının efirində Robert Kox adına İnstitutun məlumatlarına istinadən bildirib.

İnstitutun mütəxəssislərinin dediyi kimi, infeksiya kəskin böyrək çatışmazlığı yaradır, onun mənbəyi əvvəlki kimi naməlum olaraq qalır. Bundan əvvəl alimlər güman edirdilər ki, xəstəlik törədicini yayan İspaniyadan gətirilən xiyardır. Lakin bu məlumat təsdiqlənməyib. Fermerlər on milyonlarla avro həcmindəki itkilər barədə məlumat verirlər, alimlər isə infeksiyanı yayanın axtarışını davam etdirirlər. Məlumatı RİA Novosti yazır.

Almaniyadakı infeksiyanı enteroqemorratik bakteriya Escherichia coli (bağırsaq çöpü) adlanan virus törədib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, E. coli bakteriyasına tez-tez adamların və istiqanlı heyvanların bağırsaqlarında rast gəlinir. Onun ştamlarının əksəriyyəti zərərsizdir, lakin enteroqemorratik bağırsaq çöpü (ENES) kimi bəzi ştamlar qida mənşəli ağır xəstəliklər törədə bilərlər.

Xəstəlik əvvəlcə Almaniyanın şimalında baş qaldırıb.

ENES bakteriyalarının törətdikləri simptomlar qanlı ishal, hərarət və qusmadır. Pasiyentlərin əksəriyyəti on gün ərzində sağalır, lakin xəstələrin çox az hissəsində (azyaşlı uşaqlarda və yaşlı adamlarda) xəstəlik həyat üçün təhlükəli olan ağır formaya çevrilə bilir. Ötən çərşənbə gününə olan məlumata görə, Almaniyada 1,5 mindən artıq xəstəlik halı qeydə alınıb. Həkimlər ölkənin ayrı-ayrı regionlarında hər gün xəstələnənlərin sayının bir neçə yüz nəfər artdığını qeyd edirlər.

Xəbər lenti

Xəbər lenti