...

İranda dörd terrorçu həbs olunub, üçü isə öldürülüb

Dünya xəbərləri Materials 10 İyun 2011 10:58 (UTC +04:00)
Ötən iki gün ərzində İran polisi və təhlükəsizlik qüvvələri Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində terrorçulara qarşı birgə əməliyyatlar həyata keçiriblər. Əməliyyatlar zamanı 4 terrorçu həbs olunub, 3-ü isə öldürülüb.
İranda dörd terrorçu həbs olunub, üçü isə öldürülüb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Ötən iki gün ərzində İran polisi və təhlükəsizlik qüvvələri Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində terrorçulara qarşı birgə əməliyyatlar həyata keçiriblər. Əməliyyatlar zamanı 4 terrorçu həbs olunub, 3-ü isə öldürülüb. Bunu İranın təhlükəsizlik naziri Heydər Müslehi deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Müslehi terrorçuların hansı terror təşkilatına üzv olduqlarını açıqlamayıb.

Təhlükəsizlik nazirinin sözlərinə görə, terrorçular yollarda sürücülərə və təmir işləri aparan fəhlələrə hücum edib, onların bədən üzvlərini kəsiblər.

Xəbər lenti

Xəbər lenti