...

Əhmədinejad gənclər və idman naziri postuna namizədini təqdim edib

Dünya xəbərləri Materials 14 İyun 2011 12:00 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad ölkənin gənclər və idman naziri vəzifəsinə namizədini Şura Məclisinin (parlament) Rəyasət Heyətinə təqdim edib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Əhmədinejad gənclər və idman naziri postuna namizədini təqdim edib

Azərbaycan, Bakı, 14 iyun /Trend/

İran Prezidenti Mahmud Əhmədinejad ölkənin gənclər və idman naziri vəzifəsinə namizədini Şura Məclisinin (parlament) Rəyasət Heyətinə təqdim edib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Əhmədinejad yeni yaradılmış Gənclər və İdman Nazirliyinin rəhbəri vəzifəsinə Həmid Səccadinin namizədliyini irəli sürüb.

İran parlamenti cari ilin yanvarında Milli Gənclər və Bədən Tərbiyəsi təşkilatlarının birləşdirilərək Gənclər və İdman Nazirliyinin yaradılması barədə qanunu təsdiq edib. Sonradan qanunun Nəzarət Şurasında da təsdiqlənməsinə baxmayaraq, Əhmədinejad hökuməti bu qanunun icrasını gecikdirirdi.

MEHR agentliyinin məlumatına əsasən, Əhmədinejad Parlamentə ünvanladığı məktubda Milli Gənclər Təşkilatı və Bədən Tərbiyəsi Təşkilatının birləşdirilməsi haqqında qanuna iradlarını bildirib.

Səccadinin gənclər və idman naziri postuna namizədliyi gələn həftə İran parlamentində səsverməyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti