...

Nursultan Nazarbayev Astanaya qayıdıb

Dünya xəbərləri Materials 21 İyul 2011 15:31 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu gün Astanaya qayıdıb. Ölkənin Prezident Administrasiyasından bildirildiyinə görə, Nazarbayev hazırda Astanadadır və ilin I yarısının yekunları üzrə iclas keçirməyə hazırlaşır.
Nursultan Nazarbayev Astanaya qayıdıb

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu gün Astanaya qayıdıb. Ölkənin Prezident Administrasiyasından bildirildiyinə görə, Nazarbayev hazırda Astanadadır və ilin I yarısının yekunları üzrə iclas keçirməyə hazırlaşır. Trend-in məlumatına görə, bu barədə RBK yazır.

Bir müddət əvvəl Prezidentin mətbuat xidmətindən Nazarbayevin qısamüddətli məzuniyyətdə olduğu bildirilmişdi. Mətbuat xidməti Qazaxıstan Prezidentinin əməliyyat məqsədilə Hamburqdakı xəstəxanaya yerləşdirilməsi barədə məlumatları təsdiqləməmişdi. Prezident Administrasiyası da bu məlumatı təsdiqləməyərək Nazarbayevin yalnız xaricdəki klinikalardan birində profilaktik tibbi müəayinədən keçdiyini, bunun da adi praktika olduğunu bildirmişdi.

Xəbər lenti

Xəbər lenti